Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ümummilli lider Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində dövlət çevrilişinin, vətəndaş müharibəsinin qarşısı alındı

0

  • Mart hadisələrindən bu il 26 il ötür. Həmin vaxt Azərbaycanda hakimiyyətin silahla devrilməsinə cəhd göstərildi. Azərbaycanın müasir siyasi sabitliyinin keçdiyi yolda yolda mart hadisələrinin xüsusi yeri var. İnsan pisliyi də özü özünə edir, yaxşılığı da. Rövşən Cavadov dövlətlə dövlətçilik etmək iddiasına düşdü. Bu iddia onu da məhv etdi, onunla birlikdə neçə-neçə azərbaycanlı balasını da... Rövşən Cavadov Qarabağ savaşında xidmətləri olan döyüsçü idi. Görünür bəzi qüvvələr Rövşənin get-gedə artan nüfuzundan istifadə edərək onu hakimiyyətə gəlməsi üçün təxribata sürüklədilər. Yaxşı yadımdadır, evimizdə bayrama hazırlaşdığımız bir vaxtda şəhərdə şiddətli döyüş getdiyi və həmin döyüşdə Rövşən Cavadovun öldürüldüyünü eşitdim. Ondan bir neçə gün qabaq dövlət televiziyasında kiminə maraqlı, kiminə maraqsız görünən bir xəbər oxunmuşdu. Söhbət Qazaxda OMON-la bağlı baş vermiş bir insidentdən gedirdi. Ertəsi gün Daxili İşlər Naziri OMON-un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzaladı. Amma bu əmrə elə birinci tabe olmaq istəməyən nazir müavini Rövşən Cavadov idi. 1995-ci ilin həmin gününü mən şəxsən qana bulanmış Novruz təmtarağı kimi xatırlayıram. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq dəfələrlə bu mövzuda Rövşən Cavadovla danışığa cəhd etdiyini bildirdi. Hətta bu danışıqların müsbət nəticə verəcəyinə inandığı bir vaxtda çevrilişə cəhd xəbərini aldı. Bəli, nə qədər acınacaqlı olsa da, o günlər qardaş öz qardaşının qanını tökdü. Cavadovların hakimiyyəti ələ keçirtməyə cəhdi birbaşa dövlət çevrilisi idi. Bu cəhd vətəndaş müharibəsi demək idi.O həmin günlərdə OMON-un bazasında jurnalistlərə açıqlama verərək bildirdi ki, biz hakimiyyətə gələcəyik. Azərbaycan xalqı bizə qoşulsun. Əlbəttə, bu açıqlamadan qan iyi gəlirdi. Buna heç bir dövlət imkan verməzdi. Ümummilli lider Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində dövlət çevrilişinin, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı.Heydər Əliyevin dahiliyi budur. Bu gün də Heydər Əliyevin bu siyasətini onun davamçısı Cənab İlham Əliyev həyata keçirir. 44 günlük II Qarabağ müharibəsində Ali Baş Komandanın düzgün siyasəti nəticəsində Şanlı Azərbaycan Ordusu tarix yazdı. 30 ilə yaxın işğalda olan ərazilərimiz azad olundu. Bu ilki Novruz bayramı yaddaşlardan silinməyəcək. Cənab Prezident Novruz tonqalını Azərbaycanın mədəniyyət paytaxtı Şuşada alovlandırdı. Bu tarixi hadisədir. İşğaldan azad olunmuş torpaqlarda təmir-bərpa və quruculuq işləri aparılır. Hamımız o torpaqlara tezliklə qayıdacağımız günü səbirsizliklə gözləyirik.Fikriimi Oğuz elinin ağsaqqalı Dədə Qorqudun sözləri ilə bitirirəm: Torpağı qorumursansa, onu əkib becərməyə dəyməz. Torpağı əkib becərmirsənsə, onu qorumağa dəyməz.Reyhan Əliyeva, Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib38 dəfə
    Ümummilli lider Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində dövlət çevrilişinin vətəndaş müharibəsinin qarşısı alındı

    Maraqlı gələ bilər
    30
    29
    88
    33